Komitə uşaqlar üçün ev tikib

komite-usaqlar-ucun-ev-tikib
Oxunma sayı: 644

“Qafqazinfo” xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bu cür treninqlərin müntəzəm olaraq keçirilməsi nəzərdə tutulub. Tədbirdə müvafiq Dövlət Qrumları və QHT-dan olan ekspertlər jurnalistlərə görülən işlər və gələcək fəaliyyətlərinin istiqamətləri üzrə tövsiyyələr verib.
Seminarda çıxış edən Təhsil Nazirliyi De-institulizasiya idarəsinin şöbə müdiri Şərafət Şirinli 2008-ci ildə dövlət uşaq müəssisələrinin sayı 55 olduğu halda, Dövlət Proqramı çərçivəsində görülən tədbirlər nəticəsində müəssisələrin sayı 42-yə enib: “Qusar şəhər ləğv edilib və və onun tərkibində Qusar peşə liseyi yaradılıb”.

Ş. Şirinli bildirib ki, bu il 589 uşağın müəssisəyə düşməsinin qarşısı alınıb: “Uşaqlardan 503 nəfəri alternativ xidmət mərkəzinə yerləşdirilib, 27 nəfər Təhsil Nazirliyində psixoloji konsultasiyalardan keçiblər, 34 nəfəri sosial müvinətlər alıb və 23 nəfərinə isə digər köməkliklər göstərilib”.

Ş. Şirinli onu da qeyd edib ki, bu il 10 uşaq övladlığa verilib: “123 uşaq isə uşaq şəhər və rayon İcra hakimiyyətlərinin müvafiq sərəncamları ilə bioloji ailəsinə və yaxın qohumlarına qaytarılıb”.

Şöbə müdiri bildirib ki, onlar ailə tipli kiçik qrup evləri də inşa etdiriblər: “Hazırda həmin “evdə” 10 uşaq və növbəli sisltemlə işləyən sosial işçilər yaşayır. Biz həmin “evləri” qız uşaqları üçün tikmişik və yaxın zamanda oğlanlarüçün də bu cür yaşayış yerləri tikiləcək”.

Ş. Şirinli bildirib ki, uşaq evlərində 18 yaşını tamamlayıb oradan ayrılan uşaqlar üçün 120 nəfərlik bir otaqlı mənzillər də tikiləcək.

Gülnar