Konserv qutusundan ilan çıxdı

konserv-qutusundan-ilan-cixdi
Oxunma sayı: 3519

Fransanın Qironde şəhərində konserv qutusundan ilan çıxıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bişirmək üçün yaşıl lobya konservi alan qadın evdə onu açarkən gözləmədiyi vəziyyətlə üzləşib.

Qutunun içində qara ilan olub. Qadın qutunu aldığı mağaza sahibinə göstərdikdən sonra satışda olan bütün konservlər yığışdırılaraq istehsalçı firmaya geri qaytarılıb. İçindən ilan çıxan qutu isə laboratoriyaya göndərilib.