Kralın kürəkəninə 5 il 10 ay həbs verildi - Korrupsiya işi

kralin-kurekenine-5-il-10-ay-hebs-verildi
Oxunma sayı: 1149

İspaniya Ali Məhkəməsi kral VI Filipin bacısı Kristinanın həyat yoldaşı İnyaki Urdanqariyə hökm oxuyub.

“Qafqazinfo” xəbər verir ki, adı maliyyə maxinasiyasına qarışan İnyaki Urdanqariyə 5 il 10 ay həbs cəzası verilib. 

Fırıldaqçılıqla bağlı dinləmələr hələ 2016-cı ilin yanvarın 11-də başlayıb və həmin ilin iyunun 22-də başa çatıb. Bu işdə 17 nəfərin adı keçib. Onların arasında kralın bacısı şahzadə Kristina da olub. İspaniya monarx ailəsinin üzvü ilk dəfə müttəhimlər kürsüsündə əyləşib.