Kralın qızı İstanbulda nələr aldı?

kralin-qizi-istanbulda-neler-aldi
Oxunma sayı: 636

Ərəb ölkələrinin Türkiyəyə olan marağı hər gün artmaqdadır. Bu ölkələrdən gələnlər turistlərin yolunu isə ən çox İstanbulun Kapalıcarşı bazarının satıcıları gözləyirlər. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Kapalıçarşının üzünü ən son güldürən Səudiyyə Ərəbistanı Kralı Abdullahın qızı olub. O, Ramazan bayramından öncə gəldiyi Kapalıçarşıda bir gündə 750 min lira (təxminən 375 min manat) xərcləyib. Kral qızı buradan müxtəlif tekstil malları, kilim, qızıl, brilliantla yanaşı yeni inşa etdirdiyi sarayına da çini mallar alıb. Onun bir neçə aydan sonra yenidən İstanbula, Kapalıçarşıya gələcəyi gözlənilir.

Nigar Məmmədli