Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 653

Xəstəxanaya yerləşdirilmiş C.Səfərov aldığı xəsarətlər nəticəsində sentyabrın 22-də vəfat edib. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində H.Ziyadov yaxalanıb.

Bakı şəhər BPİ-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, sentyabrın 21-də Ələt qəsəbəsi ərazisində Ceyhun Məmmədov mübahisə zəminində Qəzəlxan Mirzəyevə bıçaq xəsarətləri yetirdiyinə görə, Qaradağ RPİ 11-ci PB əməkdaşları tərəfindən tutulub.


Bakı şəhər BPİ NMİ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Nizami Qəmbərov və Kamran Babayev Yasamal rayonu Z.Xəlilov küçəsində qumarxana təşkil etdiklərinə görə tutulub.

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olanlar Həsən Əjdərov və Heydərbaba Cəlalov sentyabrın 21-də yaxalanıb.

Nəsimi RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Şəmistan Mahmudovdan 80 qramdan artıq heroin aşkar edilib.

Suraxanı RPİ CAŞ və 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Qabil Məmişov sentyabrın 21-də yaxalanıb.