Kriştianu Ronaldo 4-cü DÇ-də fərqlənən 4-cü futbolçu oldu

kristianu-ronaldo-4-cu-dc-de-ferqlenen-4-cu-futbolcu-oldu
Oxunma sayı: 2355

Kriştianu Ronaldo Madrid “Real”ında olduğu kimi Portuqaliya millisində də rekordlar qırmağa davam edir.

“Qafqazinfo” xəbər verir ki, o, bu gün İspaniya ilə keçirilən matçda fərqlənməklə 4-cü dəfə DÇ-də qol vuran 4-cü futbolçu olub.

33-cü yaşlı superulduz bundan öncə DÇ-2006, DÇ-2010, DÇ-2014-də fərqlənmişdi. Bununla da Ronaldo Uve Zeeler, Pele və Miroslav Kloze ilə eyni siyahıya adını yazdırıb.