Kürün səviyyəsi azalıb

kurun-seviyyesi-azalib
Oxunma sayı: 651

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, tranzit çaylarda -Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 450 m3/san, yəni ongünlük normanın 111 faizini ( 2010-cu ildə 512 m3/san olmaqla ongünlük normanın 126 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 195 m3/san, yəni ongünlük normanın 117 faizini ( 2010-cu ildə 131 m3/san olmaqla ongünlük normanın 79 faizini) təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, iyun ayının 15-dən 21-dək çayın aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Surra məntəqəsində suyun səviyyəsi 113, Şirvanda 88, Salyanda 48, Bankədə 32, Araz çayının Novruzlu məntəqəsində 99 sm azalıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 606 sm (2010-cu il iyunun 21-də səviyyə 820 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 955 sm), Şirvanda 536 sm (2010-cu il iyunun 21-də səviyyə 741 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 853 sm), Salyanda 548 sm (2010-cu il iyunun 21-də səviyyə 733 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 855 sm), Bankədə 337 sm (2010-cu il iyunun 21-də səviyyə 426 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 503 sm), Araz çayının Novruzlu məntəqəsində isə 341 sm (2010-cu il iyunun 21-də səviyyə 563 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 734 sm) təşkil edir.

Nigar Məmmədli