Lalə Azərtaş 5 il sonra o verilişə qayıtdı

lale-azertas-5-il-sonra-o-verilise-qayitdi
Oxunma sayı: 9715

ATV-nin aparıcısı Lalə Azərtaş yeni proqramla tamaşaçıların görüşünə gələcək.

“Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə, Lalə “ATV səhər”ə də aparıcılıq edəcək. Bu haqda Azərtaş özü xəbər verib.

O, bildirib ki, hər gün səhər saat 08:00-dan 10:00-a kimi efirdə olacaq:

 “Allahın izni ilə başladıq. 5 il sonra yenidən eyni hisslər. Təki Allah hamımıza xoş hadisələri təkrar yaşamağı nəsib etsin”.

Qeyd edək ki, L.Azərtaş bir neçə il əvvəl də “ATV səhər”ə aparıcılıq edirdi. O, İlkin Həsəni, Samirə Mustafayeva ilə birlikdə efirə çıxırdı. 

Lalə eyni zamanda “ATV xəbər”də də çalışır.