Laricani yenidən spiker oldu

laricani-yeniden-spiker-oldu
Oxunma sayı: 798

Bu gün İran qanunvericiləri yenidən Əli Laricanini parlamentin spikeri seçiblər.

“Qafqazinfo” “RİA Novost”yə istinadən xəbər verir ki, məclisdə keçirilən səsvermə zamanı Laricani 274 deputatdan 155-nin səsini qazanıb. Spiker postuna namizəd olan Məhəmməd Rza Arif və Məhəmməd Cavad Abtahi 105 və 9 səs toplayıblar.

Qeyd edək ki, Laricani 2008-ci ildən İran parlamentinin spikeridir.