Lənkəranda Bayraq meydanı

lenkeranda-bayraq-meydani
Oxunma sayı: 2521

Şəhərin giriş qapısı sayılan Göyşaban kəndi ərazisində salınan Bayraq Meydanında tikinti-quraşdırma işləri aparılır.

Geniş ərazini əhatə edən meydana 65 metr hündürlüyündə bayraq dirəyi yerləşdirilib. Dalğalanan üçrəngli bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Qurğunun ümumi çəkisi 100 tona yaxındır.

Bayraq Meydanında hazırda son tamamlanma işləri görülür. Abadlıq-quruculuq işlərinin nəzərdə tutulmuş vaxta kimi başa çatdırılması üçün obyektə 50-yə yaxın işçi qüvvəsi və bir neçə maşın-mexanizm cəlb olunub.

Bayraq Meydanının avqustun əvvəllərinə kimi istifadəyə verilməsi nəzərdə tutulub./APA/