“Lütfi Zadə həmişə o cür gəzib” - Abidə müzakirələrə səbəb oldu

lutfi-zade-hemise-o-cur-gezib
Oxunma sayı: 9980

Xəbər verdiyimiz kimi, Lütfi Zadənin qəbirüstü abidəsi artıq hazırdır. Ancaq dünya şöhrətli alimin abidəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müzakirəyə yol açanlar abidənin Lütfi Zadəni əks etdirmədiyini və bəyənmədiklərini ifadə ediblər. 

“Qafqazinfo” sözügedən müzakirələrlə bağlı xalq rəssamı, heykəltəraş Ömər Eldarovla danışıb. Ö. Eldarov qeyd edib ki, büstün ideyası ona məxsusdur: “Abidənin arxasında qranitdən qapı kimi bir şey var. O rəmzdir, elmdir, elmin sahəsidir. Ordan elmə qapı açılır. Həmçinin, riyazi formula da təsvir olunub.  Dünyada bu böyük açılışdır. Bu qapı çox ağırdır, amma Zadə onu açır.  

O, çox sadə adam idi, şəkli necədirsə abidəsi də elədir. Qohumu Cənnət Səlimovayla da məsələhətləşdim. O da deyirdi ki, Lütfi Zadə həmişə o cür gəzib”. 

Günel Türksoy