Lütfü Zadə üçün cənazə namazı qılındı

lutfu-zade-ucun-cenaze-namazi-qilindi
Oxunma sayı: 1660

Dünya şöhrətli alim Lütfü Zadənin cənazəsi bu gecə saat 03.00 radələrində Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının müşayiəti ilə Heydər Əliyev Beynəlxalq Hava Limanından Heydər məscidinə aparılıb.
 
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, məsciddə cənazə namazı qılınıb, Lütfü Zadənin ruhuna dualar oxunub. Cənazə vida mərasiminin keçiriləcəyi Azərbaycan Milli Elmlər Akademiyasına aparılır.