Mağaradakı uşaqlar xilas edildilər - İlon Mask hadisə yerində+Video

magaradaki-usaqlar-xilas-edildiler
Oxunma sayı: 2265

Tailandda iki həftə əvvəl girdikləri mağaradan sel səbəbindən çıxa bilməyən bütün yeniyetmələr xilas ediliblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, zərərçəkənlər vertolyotla xəstəxanalara aparılıblar. Xilas edilənlər infeksiya ehtimalına görə xüsusi həkim nəzarətində saxlanacaqlar. Yeniyetmələr bu müddətdə ailələrini ancaq şüşə arxasından görə biləcəklər. 

Qeyd edək ki, bütün dünyanın diqqət mərkəzində olan xilasetmə əməliyyatında müxtəlif dövlətlərdən 100-lərlə mütəxəssis iştirak edib. Məşhur amerikalı mühəndis, SpaceX, PayPal və Tesla-nın qurucusu İlon Mask da bu gün Tailandda olub və uşaqların köməksiz qaldığı mağaraya baş çəkib. Öz köməyini təklif edən Mask xilasetmə əməliyyatını instagram hesabından paylaşıb. 

Xatırladaq ki, iyunun 23-də yaşları 11-16 arası olan 12 uşaq futbol məşqindən sonra məşqçiləri ilə birgə dağa çıxaraq mağaraya baş çəkiblər. Lakin sel suları gözlənilmədən mağaraya girişi bağlayıb və uşaqlar oradan çıxa bilməyiblər. Onların yerini ancaq 10 gün sonra aşkar etmək mümkün olub.