Mahirin evi qarət edildi - Xeyli pul, qızıl oğurlandı

mahirin-evi-qaret-edildi
Oxunma sayı: 7432

Azərbaycan yığmasının və “Qarabağ”ın futbolçusu Mahir Emrelinin evinə oğru girib. Bu barədə “Qafqazinfo”ya futbolçunun özü məlumat verib. 

Onun Sulutəpədəki evindən 20 min dollar, 17 min manat, qızıl-zinət əşyaları və mobil telefonlar oğurlanıb. Futbolçu məsələni hazırda istintaq orqanlarının araşdırdığını bildirib:

“Hadisə olub və polisə müraciət etmişəm. Hazırda məsələ araşdırılır. Hüquq-mühafizə orqanları bununla məşğuldur. Polislərə təşəkkür bildirirəm ki, əllərindən gələni edirlər”.