“Mançester Yunayted”dən ilin transferi - Foto

mancester-yunaytedden-ilin-transferi-foto
Oxunma sayı: 641

“Qafqazinfo”nun verdiyi məlumata görə, “qırmızı şeytanlar” “Arsenal”ın forvardı Robin van Persinin keçidini rəsmiləşdirib.
Uzun müddət hollandiyalı hücumçu uğrunda mübarizə aparan MY, nəhayət, istəyinə çatıb. Mançester təmsilçisi Van Persiyə görə “Arsenal”a 30.5 milyon avro ödəyəcək.
29 yaşlı futbolçu yeni klubunda həftəyə 299 min avro qazanacaq. Bu isə ildə 15.6 milyon avro deməkdir. Ümumilikdə 4 illik müqaviləyə imza atacaq forvard MY-ni 93 milyon avro ziyana salacaq.

Qeyd edək ki, Van Persi ötən mövsüm 30 qolla İngiltərə premyer-liqasının ən məhsuldar futbolçusu olmuşdu. 2004-cü ildən “Arsenal”ın şərəfini qoruyan Robin klub karyerasında keçirdiyi 355 oyunda 154 qol vurub. Hollandiya yığmasında 68 dəfə meydana çıxan hücumçu 29 dəfə fərqlənib.

Ceyhun Əhmədov