Maşallah Əhmədovun məhkəməsi yenə təxirə düşdü

masallah-ehmedovun-mehkemesi-yene-texire-dusdu
Oxunma sayı: 646

Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesə zərərçəkmiş Yusif Əzizov gəlməyib. Buna görə də iclas təxirə salınıb.

Məhkəmə prosesi mayın 24-də davam etdiriləcək.

Xatırladaq ki, sonuncu iclasda M.Əhmədova zərəri ödəmək üçün 3 gün vaxt verilmişdi və bu gün qərar elan olunacaqdı.

Qeyd edək ki, ittihama görə, M.Əhmədov tikinti materiallarının alveri üçün və işə düzəltmə adı ilə dələduzluq edərək bir neçə nəfərdən 350 min manat alaraq mənimsəyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Murad Əhməd