Maşın divara çırpıldı - Bir qardaş öldü, digəri yaralandı

masin-divara-cirpildi
Oxunma sayı: 682

Bu gün şəhər saatlarında Xudatın Müqtədir qəsəbəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər veri ki, “Vaz 2107” markalı avtomaşın yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində maşında olan Xaçmaz rayon sakinləri 1992-ci il təvəllüdlü  Elvin Yusifov, onun qardaşı 1987-ci il təvəllüdlü Elbrus Yusifov və 30 yaşlı İlqar İmaməliyev müxtəlif dərəcəli xəsarətlər alıb.

Həkimlərin səyinə baxmayaraq Elvinin həyatını xilas etmək mümkün olmayıb. Digər iki şəxsin müalicəsi isə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.