“Maşın”da finala onlar qaldı

masinda-finala-onlar-qaldi
Oxunma sayı: 3749

Ötən gün “Maşın” realiti şousunun finalçıları bəlli olub. “Qafqazinfo” xəbər verir ki, 15-ci sürətin yarımfinal mərhələsində komediya aktyoru İlkin Misgərli səsverməyə çıxıb.  O, tamaşaçılardan səs topladığı təqdirdə müğənni Talıb Taleni oyundan çıxaracağını deyib. 

Talıb isə İlkinin qərarından xəbərsiz olduğunu söyləyib: “İlkin qalsın, qadınlarla mübarizə aparsın. Kişilərdən qorxdu”.

Hər iki məşhur arasında sakit davam edən mübarizə zamanı Xatun Əliyeva İlkinə dəstək olduğunu bildirib:

“Talıb xaraktercə güclü adamdır. Özünə fikir verən adamdır. İdman edir. Xüsusi çayları var, dəmlətdirib içir. Ona görə finalda İlkinlə mübarizə aparmaq istəyirəm”.

Sonda isə aktyor İ.Misgərli 40,50% səs toplayaraq yarışmanı özü tərk edib.

Bununla da, yarışmada finala 3 nəfər vəsiqə qazanıb.  Vüsalə Əlizadə, Xatun Əliyeva və Talıb Tale birincilik uğrunda mübarizəyə qoşulublar.