Maşınlardan oğurluq edən tutuldu

masinlardan-ogurluq-eden-tutuldu
Oxunma sayı: 706

Paytaxtın Xətai rayonu ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “VAZ-2107” və “Opel” markalı avtomobillərdən pul və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rəhim Ələkbərov saxlanılıb. 

Onun törətdiyi digər analoji cinayət əməllərinin də üstü açılıb. Belə ki, saxlanılan şəxsin ayrı-ayrı vaxtlarda rayon ərazisində daha  5 avomobildən pul, məişət və geyim əşyaları oğurlaması da müəyyən edilib.

Araşdırmalar aparılır.