Maşınları soyan şəxs tutuldu

masinlari-soyan-sexs-tutuldu
Oxunma sayı: 806

Bakıda avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı şəhər sakini M.Şabanova M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində “Mitsubishi” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə içərisində 300 manat və 50 ABŞ dolları, habelə sənədləri olan çanta oğurlanıb.

Oğurluq etməkdə şübhəli bilinən şəxs qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun əvvəllər oğurluq və narkotikə görə məhkum olunmuş paytaxt sakini Emil Məstənov olduğu müəyyən edilib, onun digər analoji cinayət əməllərinin də üstü açılıb. E.Məstənovun rayon ərazisində daha 3 avtomobildən pul və sənəd oğurlaması da müəyyən edilib.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Murad Əhməd