“Mavilər öz şərtlərini cəmiyyətə diqtə edirlər”

maviler-oz-sertlerini-cemiyyete-diqte-edirler
Oxunma sayı: 2966


Modern.az-ın məlumatına görə, bu sözləri Azərbaycan baş nazirin keçmiş 1-ci müavini, Moskvadakı Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti (“AzerRos”) Ağsaqqallar Şurasının sədri Abbas Abbasov baş nazirin keçmiş 1-ci müavini, hazırda AzerRoss” Rusiya Azərbaycanlıalrının Mədəni Muxtariyyətinin rəhbəri Abbas Abbasov “Novosti-Azerbaycan” agentliyinə müsahibəsində vurğulayıb. 

“Bu nəhəng ölkənin dağılmasından sonra xoş qonşuluq münasibətləri və insani münasibətlər dağıldı. Bütün bunlara baxmayaraq keçmiş SSRİ-də yaşamış xalqlar arasında dostluq münasibətləri tam süqut etməyib. Hamının xoşuna gəlməsə də bu dostluq hələ də saxlanılır”-deyə A.Abbasov bildirib. 

“SSRİ-nin süqutundan sonra bütün respublikalar öz milli mənzillərinə çəkiləndə məni dəhşət bürüdü” deyən A.Abbasov 1991-ci ildə MDB dövlət başçılarının birinci iclasında iştirakını xatırlayıb. 

“Yeni suveren dövlətlərin liderlərinin sifətlərini görəndən sonra dəhşətə gəldim: Dünənə qədər əbədi dostluqdan dəm vuranlar, qucaqlaşıb-öpüşənlər düşmənə çevrilmişdilər. Hami bir-birindən qorxmağa, uzaq gəzməyə başladı. Mən düşündüm: İlahi, biz hara gedirik? Bundan sonra necə yaşayacağıq?”.

Daha sonra A.Abbasov vurğualyıb ki, həmişə Azərbaycan-Rusiya əlaqələrinin inkişafına və möhkəmlənməsinə çalışıb. 

“Artıq 64 yaşım var. Tanrının mənim üçün müəyyən etdiyi yüksəkliyə çatmışam. Uzun illər rəhbər vəzifələrdə çalışmışam. 15 il Azərbaycanda baş nazirinin müavini vəzifəsində çalışmışam. İndi isə bütün həyatım boyu yığdığım enerjimi və təcrübəmi həmvətənlərimin öz dilini, mədəniyyətini, adətlərini qoruyub-saxlamasına və həm Rusiya, həm də Azərbaycanda öz potensiallarını həyata keçirməsinə yönəltmişəm. Həmişə öz həyatım boyu mən yalnız xoşməramlı prinsiplərlə hərəkət etmişəm. Azərbaycanın baş nazirinin birinci müavini və Azərbaycan-Rusiya dövlətlərarası komissiyanın həmsədri olaraq həmişə Azərbaycan-Rusiya əlaqələrinin inkişafına və möhkəmlənməsinə çalışmışam”. 

A.Abbasov daha sonra deyib: ”Hər bir siyasətçinin hissiyyatı güclü qəlbi olmalıdır. Əgər varsa, hər şey normaldır. Siyasətçi gərək balans saxlamağı bacarsın. Siyasətçinin problemi mənəvi prinsplərini və reallıq hisslərini itirəndə başlanır. Biz siyasət danışanda istər-istəməz siyasət barədə düşünürük. Dostluq mütəmadi xarakter daşıyan anlayış olmalıdır. O dəyişilə bilməz”-deyən A.Abbasov daha sonra keçmiş müttəfiq respublikalar arasında münasibətlərin soyuma səbəbləri haqda danışıb: 

“Təəssüf ki, 90-cı illərdə Dağlıq Qarabağ münaqişəsi, iqtisadi çətinliklər və siyasi çəkişmələr şəraitində ruslar Azərbaycanı tərk etməyə başladılar. Lakin Heydər Əliyevin hakimiyyətə qayıtması ilə siyasi sabitlik bərqərar oldu və ruslar geri dönməyə başladılar. Mən Heydər Əliyevlə işlədiyimə görə taleyimə minnətdaram. Ona müxtəlif cür yanaşmaq olar, lakin ona hörmət etməmək mümkün deyil”. 

Dünyadakı qloballaşma prosesini tənqid edən A.Abbasov qeyd edib ki, indi “qara olan ağ, ağ olan qara kimi görünür”.

“Baxın bu qloballaşma ilə bağlı nələr olur.: İnsanlar eyni cinsli nikaha girirlər, “mavilər” öz şərtlərini cəmiyyətə diqtə edirlər. Mən Allaha inanan adamam. Bütün bu baş verənlər insan təbiətinə, Allahın iradəsinə ziddir. Bu dəhşətli günahdır. İnsanlıq mənəvi prinsiplərlə yaşamlıdır. Əks təqdirdə bu dalana aparır”.