Mediada ən çox adı hallanan qurumların siyahısı - Açıqlandı

Mediada ən çox adı hallanan qurumların siyahısı
Oxunma sayı: 1113

MC&S-in media monitorinq qrupu sentyabr üzrə məlumatların hesabatına yekun vurub.

“Qafqazinfo” xəbər verir ki, şirkətdən Trend-ə verilən məlumata görə, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, şirkətin media monitorinq qrupu 10 televiziya, 55 çap və 500 on-line media daxil olmaqla 565-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən enerji-yanacaq, telekommunikasiya, bank, sSığorta, otelçilik və turizm, inşaat, ərzaq, tibb, içki, avtomobil, təhsil və sair sahələrin media monitorinqini aparır.

Aparıcı 5 sektor üzrə mediada ən çox adı hallanan qurumları təqdim edirik.

Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Azercell (828 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (1674 məlumat), sığorta şirkətləri arasında Standart (141 məlumat), ali məktəblər arasında BDU (1158 məlumat), otel və biznes mərkəzləri arasında JW Marriott Absheron Baku ( 64 məlumat) irəlidədir.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi