Məhəmməd Əmin Rəsulzadənin kitabının təqdimat mərasimi keçirilib

mehemmed-emin-resulzadenin-kitabinin-teqdimat-merasimi-kecirilib
Oxunma sayı: 647

S.Həsənli həmçinin deyib ki, kitab Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cü ildə Türkiyədə çap etdirdiyi seriya məqalələrdən ibarətdir. Kitab vətən tarixinin çox əhəmiyyətli bu dövrünə və M.Ə.Rəsulzadənin şəxsiyyətinə, eləcə də stalinizmin anatomiyasına işıq salır.

Kitabın nəşr olunnmasına təşəbbüskarlardan biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Elşad Ərşadoğlu kitabın yeni nəşrinin özəlliklərindən danışıb. “Kitab ilk dəfə Azərbaycan yeni müstəqilliyə qədəm qoyanda tarix elmləri doktoru Nəsib Nəsibli tərəfindən mərhum akademikimiz Ziya Bühyadovun redaktorluğu ilə nəşr olunmuşdu. O zaman mümkün şərtlər imkan vermədiyindən kitabın adında ixtisar olunaraq “Stalinlə ixtilal xatirələri” formasında nəşr olunmuşdu. 2010-cu il ikinci nəşrində də eyni ad saxlanmışdı. Amma biz kitabın əsl adını bərpa etdik.”

Tədbirdə müxtəlif iştirakçılar – Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, dosent Rəis Rəsulzadə, Milli Qurtuluş Partiyasının sədri Vüqar Bəyturan, Dünyəvi Bozqurd Partiyasının sədri Şakir Ulubəyli, tədqiqatçı-alim Ənvər Börüsoy, AMEA-nın fəlsəfə elmləri doktoru Yadigar Türkel, AMEA-nın Fiziologiya İnstitunun aparıcı elmi işçisi Babək Xalistürk, Xarici Dillər Universitetinin professoru Məhəmməd Teymurlu, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məhərrəm Şəmkirli, şairə Sara Göyçəli, “Yeni Nəfəs” gənclər təşkilatının sədri Mehman Həsən, “Borçalı” Cəmiyyəti gənclər təşkilatının sədri Alı Adıgözəl, Bütöv Azərbaycan gənclər təşkilatının sədri Ruslan İzzətli və digər qonaqlar çıxış edərək nəşr olunan kitab və ümumilikdə M.Ə.Rəsulzadənin Azərbaycan tarixindəki xidmətlərindən danışıblar.

Qeyd edək ki, yeni nəşrin dizayn tərtibatçısı Mehman Həsən, rəssamı isə Nicat Quluzadədir.