Məhkəmə Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatını ləğv etdi

mehkeme-umumrusiya-azerbaycan-konqresinin-qeydiyyatini-legv-etdi
Oxunma sayı: 896

Bu gün Rusiya Federasiyası Ali Məhkəməsində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi barədə Rusiya Ədliyyə Nazirliyinin iddiası üzrə proses davam etdirilib.
 
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, Ali Məhkəmə Ədliyyə Nazirliyinin iddiasını təmin edərək, ÜAK-ın qeydiyyatının ləğv olunması barədə qərar verib.
 
ÜAK-ın prezidenti Fazil Qurbanov açıqlamasında qərarı ədalətsiz adlandırıb. O, apellyasiya şikayəti verəcəklərini bildirib.

Qeyd edək ki, Ədliyyə Nazirliyi bir müddət əvvəl açıqlamasında ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğu bildirilib. Rusiya Ədliyyə Nazirliyi “İctimai təşkilatlar haqqında" qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib.

"Qafqazinfo" bu məqamda qeyd edir ki, Azərbaycan-Rusiya parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili  Əli Hüseynli Ümummrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvinə sərt münasibət bildirmişdi:

"Araşdırsaq görərik ki, Rusiyanın özünün də qanunvericiliyində də müəyyən səhvlər var. Eyni zamanda, “Azərbaycan rus icması”nın sənədlərində də səhvlər var. Amma bizim Ədliyyə Nazirliyi onlarla əməkdaşlıq edir və  onun ləğvi barədə heç düşünmür. Ancaq Rusiyanın Ədliyyə Nazirliyinin heç bir əsas olmadan və gözlənilmədən bu qurumun ləğvi ilə bağlı qərar verməsi bizdə suallar yaradır”. 
Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb".