Məhkəmədən alacağı təzminatı şəhid ailələrinə verəcək

mehkemeden-alacagi-tezminati-sehid-ailelerine-verecek
Oxunma sayı: 1712


 “Qafqazinfo”nun məlumatına görə, teleaparıcı “Facebook”u deyil, ondan öz qara məqsədləri üçün istifadə edənləri məhkəməyə verdiyini bildirib. O, sosial şəbəkədə “İlham Mirzəyevin yalanları” səhifəsini yaradan, səhifənin reklamına pul ödəyən və bu səhifədə onu təhqir edən şəxslər barədə Nərimanov Rayon Məhkəməsinə müraciət edib.  Aparıcı şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edərək cavabdehlərdən maddi və mənəvi təzminat tələb edib. 

“Hər kəs ağzına gələni yaza bilməz. Demokratik dövlətdə yaşayırıq. Qayda var, qanun var. İlham Mirzəyevin şərəf və ləyaqətini təhqir edən hər bir səhifə üzvü məhkəmədə cavab verəcək”-, deyərək İlham Mirzəyev yayılan xəbərlərə münasibət bildirib. 

Qeyd edək ki, yaxın günlərdə İlham Mirzəyevin iddiası üzrə məhkəmə prosesi başlayacaq. İlham Mirzəyevə silahlı basqın edən və hal-hazırda üç maddə ilə həbsdə olan Asif Əliyevin anası Lyudmila Əliyeva və onun yaxınları məhkəməyə verilib.