Məhkəməlik olan Mətanətlə Sərxan barışdı

mehkemelik-olan-metanetle-serxan-barisdi
Oxunma sayı: 1546

Müğənni Mətanət Əsədova ilə aparıcı Sərxan Kərəmoğlu arasında yaranan gərginlik sona çatıb.  “Qafqazinfo” xəbər verir ki, məhkəməlik olan cütlük ötən gün barışığa imza atıblar. 

Tanınmış aparıcı M. Əsədovanın ad günü məclisinə qatılaraq ifaçını təəccübləndirib.  Onlar bir-birindən üzr istəyərək münasibətlərini bərpa ediblər.  

Qeyd edək ki, Sərxan Mətanət Əsədovanı sosial şəbəkədə kişi məclisində içki içən yerdə çəkilən videosuna görə tənqid etmişdi. Onlar arasında dava bundan sonra başlamışdı. Sərxan Mətanətin onu təhqir etdiyini iddia edərək məhkəməyə müraciət etmişdi.