Mehriban Əliyeva yeni məktəb binasının açılışında - Fotolar

Mehriban Əliyeva yeni məktəb binasının açılışında
Oxunma sayı: 2915

Oktyabrın 23-də Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 11 saylı xüsusi təhsil məktəbinin yeni binasının açılışı olub.

"Qafqazinfo" xəbər verir ki, birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak edib.

O, məktəbin rəmzi açılışını bildirən lenti kəsib və bu təhsil ocağında yaradılan şəraitlə tanış olub.

Qeyd edildi ki, təhsil müəssisəsinin binasının ümumi sahəsi 4 min kvadratmetrdən çoxdur. Burada 21 sinif otağı, psixoloq, defektoloq, həkim otaqları, idman və akt zalları, yeməkxana var. Eyni zamanda, burada uşaqların istifadəsi üçün kitabxana yaradılıb.

Məktəbin üçmərtəbəli binası 250 şagird üçün nəzərdə tutulub. 

 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi