Meksikada silahlı qarşıdurma - 9 ölü, 4 yaralı

meksikada-silahli-qarsidurma
Oxunma sayı: 650

Meksikada iki cinayətkar qruplaşmanın toqquşması nəticəsində 9 nəfər həyatını itirib, daha 4-ü isə yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Miçoakan ştatının prokurorluğu məlumat verib. Atışmanın Uruapan şəhərində baş verdiyi bildirilir.

Döyüş yerində həyatını itirən şəxslərin cəsədləri və yaralılar, eləcə də iriçaplı silah tapılıb.

Baş verən toqquşma ilə bağlı araşdırmalara başlanılıb.