Meksikada universitet yaxınlığında silahlı insident - Ölənlər var

meksikada-universitet-yaxinliginda-silahli-insident
Oxunma sayı: 642

Meksikada universitetin yaxınlığında silahlı insident baş verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Baş Prokuror məlumat yayıb.

Məlumata görə, hadisə paytaxt Mexikoda yerləşən UNAM universitetinin yaxınlığında qeydə alınıb. Hadisə nəticəsində 20 və 29 yaşlı iki gənc öldürülüb.

Onlar yaralı vəziyyət universitetin mühafizəçiləri tərəfindən aşkarlanıb. Yaralılar xəstəxanaya çatdırılsalar da, həyatlarını xilas etmək mümkün olmayıb.

İstintaq araşdırmalarına əsasən, söhbət cinayətkar qrupların qarşıdurmasından gedir. 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.