Məktəbdə ölən şagirdlə bağlı – Rəsmi açıqlama

mektebde-olen-sagirdle-bagli-resmi-aciqlama
Oxunma sayı: 652

Bunu “Qafqazinfo”ya açıqlamasında Sumqayıt şəhər Təhsil Şöbəsinin müdir müavini Vaqif Ələkbərov Sumqayıtdakı 17 saylı orta məktəbin XI sinif şagirdi, 1996-cı il təvəllüdlü Azad İlyasovun dərs zamanı ölməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Təhsil Şöbəsinin müdir müavini bildirib ki, hadisədən dərhal sonra həmin məktəbə gedib: “Şagird elə məktəb həyətindəcə, dərsə girməmiş dünyasını dəyişib. Bu gün Azad İlyasov evdə də bildirib ki, ürəyində ağrı var və dərman içib. Anası dərsə getməsinə razı olmasa da, o, özünün yaxşı hiss etdiyini söyləyib və dərsə gəlib”.

V. Ələkbərov onu da əlavə edib ki, məktəbdə ona kömək etməyə çalışsalar da, nəticə verməyib: “Təxminən 15-20 dəqiqə sonra təcili yardım maşını gəlsə də, artıq uşaq vəfat etmişdi”.

Azad İlyasovun müəllim tərəfindən cəzalandırılaraq həyətdə qaçmasına da V. Ələkbərov aydınlıq gətirib: “Mən məktəbdə olarkən elə bir söhbət eşitmədim. Uşağın sinif yoldaşlarına baş sağlığı verdim. Onlar hamısı şokda idi. Hətta anası da orada idi”.

Qeyd edək ki, mətbuatda yayılan informasiyaya görə, Azad İlyasov səhər saatlarında dərsə gecikib. Ona görə də müəllim onu cəzalandıraraq məkktəbin həyətində qaçmağı əmr edib. Şagird qaçan zaman qəflətən yıxılıb. Hadisə yerinə həkim çağırılsa da, Azadın həyatını xilas etmək mümkün olmayıb.

Gülnar