“Mələk qismində yazı yazıb auditoriya toplamıram” - Azər

“Mələk qismində yazı yazıb auditoriya toplamıram”
Oxunma sayı: 3611

“Bir neçə gün öncə şəkil paylaşdım, hansı ki, həmin görüntülərdən internetdə var. Keçmiş mənim üçün keçmişdir, basdırmışam”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri teleaparıcı Azər Zahid instaqram səhifəsində yazıb. 

O, ad çəkmədən keçmiş xanımı, aparıcı Vüsalə Əlizadəyə söz atıb:

“İnsan gərək keçmişini də unutmasın ki, kim və nə olub! Nəticədə isə sonu pis olur. Qısası, mənim üçün önəmli övladımdır! Məni onsuzda hər zaman aqressiv, özündən razı tanımısınız. Bəli, çünki efirdə o cür xarakter sərgiləyirəm. Bu xarakter kişi xarakteridir! Nəyə görə bunu dedim?  Çünki, kimə lazımdısa elə çəkinmədən sözümü üzünə deyib, rəzil edərəm, əgər günahı varsa! Baxmayaraq ki, sarı tellərə toxunub, mələk qismində yazı yazıb auditoriya toplamıram!”.

Qeyd edək ki, bu gün V. Əlizadə instaqram səhifəsində ad çəkmədən status yazmış, “reklamlı şəkildə oyun oynamağı şərəfimə sığışdırmıram” kimi sözlərdən istifadə etmişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi