Məleykə Abbaszadə rəqəmləri açıqladı

meleyke-abbaszade-reqemleri-aciqladi
Oxunma sayı: 630

“Qafqazinfo” Komissiyanın saytına istinadən xəbər verir ki, sədr cari il üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun başa çatdığını xatırladaraq, yekun rəqəmləri mətbuat nümayəndələrinin nəzərinə çatdırıb. Ərizə qəbulunda tətbiq olunan yenilikləri xatırladan M. Abbaszadə bildirib ki, ərizələrini təsdiq etdirmiş 102034 abituriyentlərdən 69611 nəfəri bu il ilk dəfə olaraq ərizələrini özləri, Sənəd Qəbulu Komissiyasına getmədən təsdiq ediblər.

Komissiya sədri cari ildə TQDK tərəfindən keçirilmiş sınaq imtahanları barədə də konfrans iştirakçılarına məlumat verib və bildirib ki, bu imtahanlarda ümumilikdə 154380 abituriyent iştirak etmişdir və bundan əlavə mayın 26-da keçiriləcək sonuncu sınaq imtahanında iştirak etmək üçün 40524 abituriyent qeydiyyatdan keçib.

Sədr həmçinin rus bölməsi abituriyentləri üçün mayın 19-da keçirilmiş Azərbaycan dili fənni üzrə imtahanın nəticələri, monitorinq imtahanlarının yekunları, həmçinin iyun ayında keçiriləcək orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün buraxılış imtahanları və digər tədbirlərlə bağlı mətbuat nümayəndələrinə ətraflı məlumatlar verib.

TQDK sədri sonda KİV nümayəndələrini maraqlandıran sualları cavablandırıb.