“Mən də oğluma müğənni qız almaram”

men-de-ogluma-mugenni-qiz-almaram
Oxunma sayı: 2399

Əməkdar artist Könül Kərimova “Hüseynova bacıları” adlı proqramda müzakirələrə səbəb olacaq açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, sənətçi əməkdar artist Elnarə Abdullayevanın “oğluma müğənni qız almaram” fikrinə dəstək olub. O, proqramda deyib ki, gələcək gəlinin evdar xanım olmasının tərəfdarıdır:

“Elnarənin o sözünə ilk dəstək olan mənəm. Bəli, mən də almaram. Bir oğlum var. İstəyirəm gəlinim evimdə olsun, qulluğunu görüm. Bunu çirkinləşdirməyək. Gözəl, ağıllı olsun. Amma müğənni ola da bilər. Bunu faciə kimi qəbul etmirəm, qismətdir. Əgər müğənni olsa daha heçnə demərəm. Mən də, bacı da valideyinlərimizin istəyi ilə ailə qurmuşuq. Zorla verməyiblər, amma böyüklərin məsləhəti ilə olub. Oğluma zarafatla deyirəm ki, evdə biri var, bəsdir.

Özüm yaxşı gəlin olmuşam. Hərdən mənə deyirlər ki, oğlunu evləndirib ayırarsan. Deyirəm ki, yox, oğlumu ayırmaq istəmirəm. İllərlə oğul böyüdürəm. Gəlin gəlib mənə bir stəkan çay süzüb qoymayacaq? Mən özüm qayınanalı evə getmişəm. Kəntdə evdə 2-3 gəlin idik. Tezdən yuxudan dururduq ki, qayınata duranda oyaq olaq. O, gedəndən sonra başımızı qoyub yatırdıq”.