Mərkəzi Bankda “fırıldaqçılıq”la bağlı seminar keçirilib

merkezi-bankda-firildaqciliqla-bagli-seminar-kecirilib
Oxunma sayı: 648

AMB-dən “Qafqazinfo”ya verilən məlumata görə, “MasterCard Worldwide”ın risk xidmətləri üzrə biznes lideri Cem Kibaroğlu tərəfindən keçirilən seminarda Azərbaycanın ödəniş kartları bazarında fırıldaqçılıq səviyyəsinin digər ölkələrlə müqayisəli təhlili, ödəniş kartlarının emissiyası və ekvayrinqdə fırıldaqçılığa qarşı mübarizənin təşkili mövzuları əhatə olunub. Seminarda həmçinin elektron ticarətdə risklərin idarə edilməsi mövzusunda iştirakçılara geniş məlumat verilib.
Seminarda yerli kommersiya banklarının və Mərkəzi Bankın nümayəndələri iştirak ediblər.

Nigar Məmmədli