Məşhur aktrisa gözlərini əbədi yumdu - Komadan çıxa bilmədi+ Fotolar

meshur-aktrisa-gozlerini-ebedi-yumdu
Oxunma sayı: 11285

29 yaşlı avstriyalı aktrisa Cessika Falkholt dünyasını dəyişib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa ötən il dekabrın 29-da İngiltərənin Susseks İnlet bölgəsində ailəsi ilə yol qəzasına düşüb. Hadisə nəticəsində valideynləri ilə bacısını itirən Cessika komaya girib. 

Həkimlər gənc aktrisanın sağalmasına ümid etmədiklərini bildirdikdən sonra ailəsi onun süni nəfəs aparatından ayrılmasına qərar veriblər.