Məşhur aktrisa rəfiqəsinə ərə getdi

meshur-aktrisa-refiqesine-ere-getdi
Oxunma sayı: 8577

Məşhur Hollivud aktrisası Ellen Peyc rəfiqəsi, rəqqasə Emma Portnerə ərə gedib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə sənətçi İnstaqram hesabında əllərində nişan üzüklərinin yer aldığı fotonu paylaşaraq məlumat verib.

“Artıq bu möhtəşəm qadına həyat yoldaşım deyə biləcəyimə hələ də inana bilmirəm”, - deyə aktrisa yazıb.

2017-ci ilin yayından birlikdə olan cütlüyün harda evləndiyi barədə informasiya yoxdur.

Qeyd edək ki, E. Peyc lezbiyan olduğunu ilk dəfə 2014-cü ildə etiraf edib.