Məşhur aktyor 3-cü dəfə evlənir - Fotolar

meshur-aktyor-3-cu-defe-evlenir
Oxunma sayı: 2265

Hollivudun məşhur aktyorlarından olan Riçard Gir 3-cü dəfə ailə qurur.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, aktyor 2 ildir sevgili olduğu Aleksandra Silviya ilə evlənməyə hazırlaşır. Toyun növbəti ay olacağı vurğulanır.

32 yaşlı Silviya daha əvvəl 1 dəfə evli olub və onun Albert adlı oğlu var.

Qeyd edək ki, Riçard Gir isə indiyə kimi 2 dəfə evli olub. O, 1991-1995-ci illərdə Sindi Krouford və 2002-2016-cı illərdə isə Kerli Loulla bir yastığı bölüşüb.