Məşhur rejissor haqqında - Şok iddia

meshur-rejissor-haqqinda
Oxunma sayı: 2011

Polşalı məşhur rejissor Roman Polanski haqqında şok bir iddia ortaya atılıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 61 yaşlı alman aktrisa Renate Langer 15 yaşındaykən rejissor tərəfindən təcavüzə məruz qaldığını etiraf edib.  

O, bu vaxta kimi hadisəni gizlətmə səbəbini də açıqlayıb:

“Ailəmin pis olmağını istəmirdim. Ətrafımdakı insanların reaksiyasından da utanırdım. Anam öldü, artıq gizlədəcəyim heç kəs yoxdur. Ədalət öz yerini tapsın”. 

Qeyd edək ki, Polanskı bu hadisədən əvvəl 13 yaşlı Samantha Geirmerə təcavüz etdiyini iddia etmiş, 42 gün həbsdə qaldıqdan sonra ABŞ-da getdiyini bildirmişdi.