Məşhur serialda ölüm hadisəsi

meshur-serialda-olum-hadisesi
Oxunma sayı: 2804

Məşhur “Narcos” serialının çəkiliş meydançasında ölüm hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, ekran işinin 4-cü sezonunun çəkilişləri üçün yaradıcı heyət Meksikaya yola düşüb. 

Ən təhlükləli bölgə hesab edilən Temascalapa qəsəbəsində layihəni ərsəyə gətirən prodakşının əməkdaşı Carlos Muoz Portal qətlə yetirilib. 

37 yaşlı Portal avtomobilində güllələnmiş vəziyyətdə tapılıb.  

Faktla bağlı cinayət işi açılıb.