Məşhur şirkət 4,8 milyon avtomobili geri çağırdı

meshur-sirket-48-milyon-avtomobili-geri-cagirdi
Oxunma sayı: 2004

“Fiat Crysler” şirkəti ABŞ-da 4,8 milyon avtomobili geri çağırıb.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, buna səbəb avtomobillərdəki sürət nəzarəti və sabitləyici mexanizm (cruise-control) proqramının yenilənməsidir.

Məlumata görə, hazırki sistemdə elektrik sistemində baş verə biləcək texniki nasazlıq şəraitində sürət mexanizmini dayandırmaq mümkün olmaya bilər. Bunun 2014-2018-ci illərdə istehsal edilən avtomobillərə şamil olunduğu bildirilib.

Qeyd edək ki, bu açıqlamadan sonra şirkətin Nyu-York birjasındakı hissələrinin dəyəri 2,5 faiz ucuzlaşıb.