Məşhurlar bu dəfə Rihanna üçün toplaşdı

meshurlar-bu-defe-rihanna-ucun-toplasdi
Oxunma sayı: 3486

Dünən “Nyu-York moda həftəsi” bitəndən sonra dünya şöhrətli müğənni Rihanna bütün dostlarını “Diamond Ball” illik xeyriyyəçilik gecəsinə toplayıb.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, 29 yaşlı sənətçi tədbirdə “Ralph & Russo Couture” imzalı qara rəngli libasdan istifadə edib. O, geyimini “Chopard” brendindən olan boyunbağı ilə tamamlayıb.

Tədbirdə Emili Ratajkovski, Petra Nemtsova, Marta Hant, Lil Kim, Kelvin Harris, Ceymi Foks, eləcə də Beyons və Cey Zi cütlüyü iştirak edib.

Xeyriyyəçilik gecəsinin təşkilatçısı Rihanna tərəfindən baba və nənəsinin şərəfinə yaradılan “The Clara Loinel Foundation” olub.