Məşhurların Bakıya gəlişi təxirə düşdü

meshurlarin-bakiya-gelisi-texire-dusdu-
Oxunma sayı: 1016


“Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə,  buna səbəb həmin tarixin Füzuli və Cəbrayılın işğal günü ilə üst-üstə düşməsidir. 

Müsabiqənin nə zaman baş tutacağı gələn həftə keçiriləcək mətbuat konfransında açıqlanacaq.

Qeyd edək ki, “Baku Crystal Hall”da keçiriləcək yarışmanın qonaqları arasında Türkiyəli məşhurlardan “Kurtlar vadisi” serialından Memati obrazı ilə tanıdığınız aktyor Gürkan Uyqun, rəqqasə Asena, müğənnilər Gökhan Özen, Demet Akalın, rumıniyalı müğənni İnna, rusiyalı müğənni Lolita və başqaları olacaq. Gecənin aparıcısı türkiyəli Burcu Əsmərsoy olacaq.