Messinin toyunu 200-ə yaxın mühafizəçi qoruyacaq

messinin-toyunu-200-e-yaxin-muhafizeci-qoruyacaq
Oxunma sayı: 665

Xəbər verdiyimiz kimi, "Barselona"nın ulduz futbolçusu Lionel Messi iyunun 30-da uşaqlıq sevgisi olan Antonella Rokkuzo ilə evlənəcək.

 "Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Messinin doğulduğu şəhər olan Rozariyoda baş tutacaq toy mərasimi ilginç məqamlarla yadda qalacaq.

O, "Los Monos" adlı narkotik qruplaşması tərəfindən idarə edilən bölgədə yerləşən "City center" otelində dünya evinə girəcək. Mərasimə Pike və Şakiradan əlavə, Avropanın önəmli klublarının futbolçuları qatılacaq. Qonaqlara hər zövqdə yeməklər veriləcək.

Qeyd edək ki,  iki hovuzu, spası və kozinosu olan otelin ətrafında cinayətlər və narkotik satışı geniş yayılıb.  Narkotik ticarətçilərinə görə indidən geniş təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə başlanılıb. Bu səbəbdən də Messinin toyunu 200-ə yaxın mühafizəçi qoruyacaq.