Metyu Brayza: “Ancaq Azərbaycan üzərində dayanırdıq”

metyu-brayza-ancaq-azerbaycan-uzerinde-dayanirdiq
Oxunma sayı: 648

Komitədən “Qafqazinfo”ya verilən məlumata görə, H. Orucov ABŞ-ın yeni səfirinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri kimi fəaliyyətini nəzərə çatdırıb və ölkəmizi yaxşı tanıdığını, regiondakı münaqişələrin tarixinə obyektiv bələd olduğunu vurğulayıb. Azərbaycanlıların milli-dini dözümlülük xarakterinin həm nəzəri, həm də həyati tərəflərinə şəxsən bələd olmağına şübhə etmədiyini açıqlayıb. Komitə sədri onu da əlavə edib ki, ABŞ-ın ölkəmizdəki səfirləri ilə Dövlət Komitəsi arasında işgüzar münasibətlər ənənəsi mövcudur və bu davam etdiriləcək.

Səfir Metyu Brayza isə deyib ki, karyerasında növbəti yeni təyinat gözləyərkən ancaq bizim ölkəmizdə çalışmaq arzusunda olub. Ailəsinin də bu məsələdə ona dəstək olduğunu vurğulayan səfir, Azərbaycanın ABŞ-ın strateji tərəfdaşı olduğunu önə çəkib, belə bir siyasi seçimdə dövlətimizin və millətimizin sosial-iqtisadi islahatlar fonunda əldə etdiyi nailiyyətlərin, milli-dini xarakterindəki tolerantlıq ənənəsinin, hər cür ayrı-seçkiliyə “yox” demək iradəsinin malikliyinin əsas rol oynadığını qeyd edib.
“Azərbaycan Amerikanın dostudur, Amerika da Azərbaycanın dostudur. Mən bir səfir kimi bu mövqenin okeanın o tayında hamının diqqətinə çatdırmağa səy edəcəyəm”, - deyən M. Brayzə xüsusi vurğulayaraq bildirib ki, ABŞ dövlətinin strategiyasında belə bir fikir formalaşıb: “Dövlət-din münasibətlərində din siyasiləşdirilməməlidir. Əgər hər hansı dövlət öz din siyasətini başqa ölkəyə ixrac edərsə, yerli xalq buna birmənalı olaraq “yox, bizim öz dinimiz, öz dövlət-din münasibətlərimiz var” deməlidir. ABŞ isə xalqın bu iradəsinə dəstək verməli, kömək etməlidir.” “Bəzən Departament hesabat hazırlayarkən elə ifadələr işlədilir ki, bizim yerlərdəki fəaliyyətimizə mane olur. Səfir kimi məqsədim qurumlarımız arasında yaxşı və anlaşıqlı işgüzar münasibətlərə şərait yaratmaqdan ibarət olacaq” – deyə amerikalı diplomat fikrini tamamlayıb.

Nigar Məmmədli