Milli Aerokosmik Agentliyinə baş direktor təyin edildi

milli-aerokosmik-agentliyine-bas-direktor-teyin-edildi
Oxunma sayı: 1944

Milli Aerokosmik Agentliyinə (MAKA) yeni baş direktor təyin olunub. "Qafqazinfo"ya daxil olan məlumata görə, bu vəzifə texnika elmləri doktoru, professor, Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü Natiq Cavadova həvalə olunub. 

Bu təyinata qədər N.Cavadov "Sənayeavtomatika" İstehsalat Birliyinə rəhbərlik edib.

Qeyd edək ki, Natiq Cavadov Prezident yanında Ali Attestasiya Komissiyasının texnika elmləri üzrə Ekspert Şurasının sədridir.