Milli Məclisin xatirə medalı təsis oluna bilər

milli-meclisin-xatire-medali-tesis-oluna-biler
Oxunma sayı: 792

"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" yubiley medalının təsis edilir. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı  ilə"Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında"  qanun layihəsində dəyişikliklər məsələsi Milli Məclisdə müzakirəyə çıxarılıb. Layihəni  təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi  ərəfəsində belə medalın təsis edilməsi təqdirəlayiqdir. 

Deputat Fərəc Quliyev AXC-nin 100 illiyi Milli Məclisin xatirə medalının təsis olunmasını təklif edib. O qeyd edib ki, AXC-nin 100 illiyi ilə bağlı bir sıra tədbirlər keçirlir, medallar təsis olunur: “Ancaq Azərbaycanın müstəqilliyinə səs verən, keçmiş SSRİ-nin qorunub saxlanması haqqında referendumun əleyhinə çıxan məşhur 43-lər yada düşmür. Bunların  içərisində mərhum Heydər Əliyev də olub. Bu insanların xidmətləri unudulmamalıdır. Tədbirlər çərçivəsində Milli Məclislə bağlı xatirə medalı  təsis olunmalıdır”.

Birinci vitse-spiker Ziyafət Əsəgrov isə deputatın təklifinə münasibət bidlirib və onun qaldırdığı məsələnin nəzərə alınacağını vurğulayıb.

 Günel Türksoy