“Milli rəqsdən başım çıxmır”- - Rəqqasə Aytən

milli-reqsden-basim-cixmir-
Oxunma sayı: 1592


“Qafqazinfo” gecce.az-a istinadən xəbər verir ki, verilişdə qonaq olan rəqqasə sənət yoldaşlarını qınayıb:

 “Hər rəqqas və rəqqasənin öz oyun tərzi olmalıdır. Mən Asenanın etdiyi hərəkətləri etsəm doğru çıxmaz. Mən oriental oynayıram. Milli rəqsdən başım çıxmır. Milli rəqs haqda heç nə bilmirəm.Oriental rəqsin indiyədək məktəbi olmayıb. Mənim əsl sənətim piano çalmaqdır. Buna görə yeddi il dərs almışam. Üç il Küveytdə qalıb, rəqqasəliyi öyrəndim. Musiqi savadım və ritmim var”. 

Aytənin sözlərinə görə, bunlar insanda varsa, o, artıq peşəkar rəqqasə ola bilər.

“Ərəb qızı var idi. Ondan dərs alırdım. Bütün hərəkətləri o qızdan öyrəndim. Mən pul qazanmaq üçün yanaşmıram. Öz işimi sevirəm. İndi oriental rəqsə pis baxırlar. Bu, elə deyil. Sizə elə rəqslər deyərəm onları Azərbaycanda oynayan qızlar da var. Sadəcə niyə oriental rəqsə bizimkilər pis baxır, anlamıram”.