Miqrantları daşıyan qayıq batıb - 21 ölü var

miqrantlari-dasiyan-qayiq-batib
Oxunma sayı: 644

Türkiyənin Kocaeli vilayətinin Qara dəniz sahillərində miqrantları daşıyan qayıq batıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, qəza nəticəsində 21 nəfər boğularaq ölüb.

Xilasedicilər tərəfindən 38 nəfərin həyatını xilas etmək mümkün olub.

Qayıqda 70 nəfərə yaxın miqrantın olduğu bildirilir. Vilayətin Sahil Mühafizə Xidmətindən verilən məlumata görə, hazırda 10-11 nəfərin axtarışları davam edir. Axtarışa helikopterlər də cəlb olunub.

Məlumata görə, miqrantlar İraq, Suriya və Əfqanıstan əsilli şəxslər olublar. Onların 25 iyulda İraq Kürd Regional Hökumətinin keçirmək istədiyi referendumdan sonra Türkiyədə vəziyyətin gərginləşəcəyindən ehtiyat edərək Rumıniyaya qaçmaq istədiyi deyilir.