Misirdə 6 tələbə edam ediləcək

misirde-6-telebe-edam-edilecek
Oxunma sayı: 796

Misirdə Sisi rejimi 6 universitet tələbəsi haqda edam cəzası çıxarıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, cəzanın tətbiqinə hər an başlanıla bilər. 

Tələbələr 2014-cü ildə həbs olunmuşdular. Ailələri ilə təhdid edilən gənclərin məhkəmədə işgəncə ilə etiraf etməyə məcbur edildikləri bildirilir. 

Beynəlxalq Əfv Komissiyası da qərarı pisləyib. Edam qərarları ilə Misirin yerli və beynəlxalq hüququ heçə saydığı qeyd edilir.