“Modriçi saxlamaq üçün planımız var” - Henderson

modrici-saxlamaq-ucun-planimiz-var
Oxunma sayı: 972

“Xorvatiya millisi güclü rəqibdir. Bu turnirdə özlərini sübut etdilər”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri İngiltərə yığmasının yarımmüdafiəçisi Cordan Henderson deyib.

O, dünya çempionatının yarımfinalında Xorvatiyaya qarşı keçirəcəkləri matçdan danışıb. Henderson söhbət əsnasında rəqib komandanın kapitanı Luka Modriçə təriflər yağdırıb: “Onlar çox yaxşı oynadılar və yarımfinala gəldilər.

Sabah bizi gərgin matç gözləyir. Luka Modriç haqqında xüsusi danışmaq lazımdır. Ona qarşı bir neçə dəfə oynadım. Rəqib kimi meydanda üz-üzə gəldiyim ən güclü oyunçulardan biridir. Amma onu saxlayacaq planımız var. Bunu matçın ilk dəqiqələrindən tətbiq etməyə çalışacağıq”.